İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın sabiq prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb

411 10.03.2016 07:10 Dünya A A
Braziliya baş prokurorluğu ölkənin keçmiş prezidenti İnasiu Lula da Silvaya qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.
 
Məlumata əsasən, prokurorluq sabiq prezidentin arvadı və böyük oğluna qarşı da ittiham irəli sürüb.
 
Martın 4-də ölkənin hüquq-mühafizə orqanları tərəfindən İnasiu Lula da Silva və ailəsinə məxsus evlərdə axtarış həyata keçirilib. Axtarış əməliyyatından sonra sabiq prezident dindirilmə üçün polis idarəsinə aparılıb.
 
Qeyd edək ki, Braziliyanın ən iri neft şirkəti "Petrobras"-da korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR