İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada qar kimi ağ qaramal 4,2 milyon dollara satılıb

1509 06.06.2024 13:00 Dünya A A

Braziliyada Viatina-19 FIV Mara adlı inək hərracda satılan ən bahalı inək üzrə dünya rekorduna sahib olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu inək 4,2 milyon dollara satılaraq, Ginnesin Rekordlar Kitabına düşüb. İnəyin çəkisi 1100 kq-dan çoxdur və öz cinsindən olan heyvanlardan iki dəfə ağırdır. Mara əvvəlki rekordçudan üç dəfə baha satılıb.

“Dailymail” xəbər verir ki, Braziliyanın heyvandarlıq ölkə iqtisadiyyatı üçün əsas pul axını mənbəyidir və dünyanın ən böyük mal əti ixracatçısıdır. Maraya diqqət Braziliyanın mükəmməl ətlik mal axtarışına sübutdur. Milyon dollarlıq inək illərlə çəkilən zəhmətin, planlı yetişdirmənin nəticəsidir. Ət sənayesi maqnatları genetik lotereya oynayır, çempion heyvanlardan yumurta və sperma toplayırlar. Onların məqsədi gələcəkdə supermal yetişdirməkdir.

“Biz elit mal-qaranı kəsmirik. Biz onu artırırıq. Sonda biz bütün dünyanı ətlə təmin edəcəyik”, - Viatina sahiblərindən biri Ney Pereyra bildirib.

Bəs bir sağmal inək bu qədər pula dəyərmi? Pereyranın qızı, baytar Lorrani Martins inəyin qiymətinin üç arzuolunan xüsusiyyətin birləşməsinə əsaslandığını söyləyir. Bunlar sürətli əzələ böyüməsi, müstəsna məhsuldarlıq və ən əsası, bu xüsusiyyətləri öz buzovlarına ötürmək qabiliyyətidir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR