İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada məşhur İsa Məsih heykəlindən hündür ikinci heykəl hazırlanır - Foto

893 13.04.2021 17:45 Dünya A A

Braziliyada ölkənin simvollarından birinə çevrilən, Rio-de-Janeyro şəhərində yerləşən məşhur İsa Məsih heykəlindən hündür ikinci heykəlin inşasına başlanılıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, yeni ən hündür heykəl ölkənin cənubunda yerləşən Enkantado şəhərində ucaldılacaq. 43 metr hündürlüyündə inşa ediləcək heykəl dünyadakı üçüncü ən böyük İsa Məsih heykəli olacaq.

2019-cu ildən inşa edilməyə başlanan heykəlin ötən gün heykələ başı və açılan qolları əlavə edilib.

Rio de Janeiro şəhərində yerləşən İsa Məsih heykəlinin isə uzunluğu 38 metrdir.

Məlumata görə yeni heykəlin inşa edilməsi ilə bağlı təşəbbüs mart ayında Covid-19 xəstəliyi səbəbindən vəfat edən siyasətçi Adroaldo Conzattiyə məxsusdur.

İlin sonunda tamamlanması gözlənilən layihənin 350 min dollara başa gələcəyi gözlənilir.
Heykəlin eni 36 metrdir. Onun içərisində yerləşdiriləcək lift turistləri 40 metr hündürlüyü olan heykəlin sinə hissəsinə çıxaracaq.

Xatırladaq ki, dünyadakı digər ən yüksək İsa Məsih heykəlləri İndoneziya və Polşada yerləşir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR