İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü

336 28.06.2020 10:02 Dünya A A

Braziliyada bir gün ərzində koronavirusa 38 693 yoluxma aşkarlanıb.

Bu barədə RİA “Novosti” Cənubi Amerika ölkəsinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 313 667 nəfərə çatıb.

Son sutkada ölkədə COVID-19-dan 1 109 nəfər ölüb. Bununla da Braziliyada koronavirusdan ölənlərin sayı 57 070 nəfərə çatıb.

Qeyd edək ki, Braziliyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//“Report” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR