İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya prezidenti ölkənin Ali seçki məhkəməsinin sədrini “fahişənin oğlu” adlandırıb

381 09.08.2021 01:12 Dünya A A

Braziliya prezidenti Jair Balsonaru ölkədə seçki prosesinə rəhbərlik edən Ali seçki məhkəməsinin rəhbərini ağır söyüşlə təhqir edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İndependent” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına görə, dövlət başçısı ölkənin cənub ştatlarından birində, tərəfdarları qaşrısında hakim Luis Roberto Barrozudan “fahişə oğlu” deyə bəhs edib.

Hakim Barrozu prezidentin təhqirləri ilə bağlı jurnalistlərin ünvanladığı suala belə cavab verib: “Madam ki, mənim fəaliyyətim dövlət başçısında belə reaksiya doğurur, deməli mən düzgün işləyirəm”.

Qeyd etmək lazımdır ki, Jair Balsonarunun təhqirləri son günlərdə səsəvermə sistemi ətrafında gedən diskusiyyalarla bağlıdır.

2018-ci ildə keçirilən seçkilərdə qalib gəlməsinə rəğmən radikal sağ siyasətçi seçki komissiyalarını saxtakarlıqda ittiham etməkdən yorulmur. Tənqidçilərin fikrincə, bununla prezident qarşıdan gələn seçkidə məğlub olması halında indidən onun düzgünlüyünə şübhə yaratmaq üçün əsas hazırlayır. Ekspertlər bu məsələdə Jair Balsonarunun dostu, ABŞ-ın keçmiş prezidenti Donald Trampdan örnək götürdüyünü qeyd edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR