İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK cəbhə xəttində saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək istəyir

477 08.03.2014 12:06 Son xəbər A A
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan vətəndaşının Azərbaycan ərazisində saxlanılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırıb.

BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, hazırda qurum öz mandatına uyğun olaraq saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir.

Qeyd edək ki, martın 7-də Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR