İnsanlara hürriyət, millətlərə istiqlal!

BQF “Arsak-Qarabağ qədim Azərbaycan torpağıdır” adlı beynəlxalq elmi-praktiki konfrans keçirəcək- FOTOLAR

510 03.09.2021 16:08 Ölkə A A

 

Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının IX Qarabağ qurultayından sonra yeni heyətdə onlayn formatda toplantısı keçirilib.

Bu barədə Musavat.com-a Qarabağ Azadlıq Təşkilatından məlumat verilib. Məlumata bildirilib ki, QAT sədri, BQF koordinatoru Akif Nağının moderatorluğu ilə keçirilən iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb:

 Ukraynadan hüquq elmləri doktoru, Ukraynalı Azərbaycanlı Alimlər Şurasının sədri, sabiq diplomat Arif Quliyev və Ukraynada “Analitika və İnformasiya” portalının rəhbəri, hüquqşünas və politoloq Qulu İbrahimov Ukraynadan Koordinasiya Şurasına yeni üzv seçiliblər.  Sonra BQF Koordinasiya Şurasının katibliyi müəyyənləşdirilib, Barat İmani və Burzu Qılncxanov katibliyin tərkibinə daxil ediliblər. İclasda Koordinatorlar Akif Nağı (Azərbaycan) və Ziya Zakir Acar (Türkiyə) ötən dövr ərzindəki işlərlə bağlı məlumat veriblər,  xüsusi olaraq Türkiyənin İğdır şəhərində keçirilən IX Qarabağ Qurultayının qərarları  ilə bağlı məlumat verib, qurultayın qəbul etdiyi sənədlərlə, o cümlədən BQF-in yeni əsasnaməsi, məramnaməsi, qətnaməsi və digər sənədlərinin vacib məqamlarını qeyd ediblər, son günlərin Qarabağ ətrafında baş verən aktual məsələlərini diqqətə çatdırıblar.

Qoyulan məsələlər ətrafında BQF koordinatorları Akif Nağı (Azərbaycan), Ziya Zakir Acar (Türkiyə), Elşən İbrahimov (Rusiya), İradə Əliyeva (İsveç),  BQF koordinasiya şurasının üzvləri tarix doktoru, dosent Firdovsiyyə Əhmədova (Azərbaycan), iqtisadiyyat elmləri doktoru, professor Kərəm Karabulut (Türkiyə), texnika elmləri doktoru , professor Rafael Qəribov (Rusiya), hüquq  elmləri doktoru, professor Arif Quliyev (Ukrayna), diaspor rəhbəri Kənan Hacı Əkbəroğlu  (İsveç), jurnalist Fəxrəddin Hacıbəyli (Almaniya), diaspor rəhbəri Ədalət Quliyev (Belçika), diaspora rəhbəri Maisə Ağamirzəyeva (Niderland), diaspor rəhbəri Vahid İmanov (İspaniya), tarix elmləri doktoru Qasım Hacıyev (Azərbaycan), tarix araşdırmaçısı Sözer Akyıldırım (Türkiyə), diaspor rəhbəri Tərlan Qasımov (Rusiya),  “Analitika və İnformasiya” portalının rəhbəri Qulu İbrahimov (Ukrayna), iqtisadiyyat doktoru Şamil Mehdi (Azərbaycan), tarix doktoru Gürsoy Solmaz (Türkiyə), ictimai fəal Emin Hacısoy (Azərbaycan), doktor- professor Ekrem Gürel (Türkiyə), diaspor rəhbəri Cafər Dal (Türkiyə), ictimai fəal Burzu Qılıncxanov (Azərbaycan) və digərləri qoyulan məsələlər ətrafında çıxış edərək fikirlərini bildirib, təkliflərini veriblər. Müzakirələrdən sonra bir sıra məsələlərlə bağlı qərarlar qəbul olunub.

BQF üzvləri ermənilərin köhnə və yeni yalanlarını geniş şəkildə dünyaya yaymalarının qarşısını almaq, səmərəli təbliğat işləri aparmaq məqsədi ilə bir sıra fəaliyyət istiqamətlərini müəyyənləşdirib, o cümlədən “Arsak –Qarabağ qədim Azərbaycan torpağıdır” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi haqqında qərar veriblər. Toplantı iştirakçıları ermənilərin  Xankəndində “30 illik yubiley”  ilə bağlı demək olar ki, heç bir tədbir keçirə bilməmələrini müsbət hadisə kimi qeyd edib, amma ermənilərin öz himayədarları ilə  birlikdə ciddi təhlükələr törədə biləcəklərini, fitnə-fəsad yuvası olduqlarını nəzərdə saxlamaqla arxayınlaşmamağı vurğulayıblar.

Digər məsələ son dövrdə Rusiyanın Qarabağdakı proseslərlə bağlı fəallaşması, xarici işlər nazirləri səviyyəsində müəyyən görüşlər, Minsk qrupu həmsədrlərinin yenidən canlandırılması cəhdləri, Ermənistanın Rusiya tərəfindən açıq şəkildə silalhandırılması və sair məsələləri gündəmə gətirib müzakirə edərək belə bir mövqe bildiriblər ki, Azərbaycan Türkiyə ilə birlikdə regionda törədilə biləcək istənilən təxribatların qarşısını almaq üçün vaxtında təsirli addımlar atmalı, Rusiya ilə münasibətlərdə müəyyən məsələlərə yenidən baxılmalıdır, Azərbaycan cəmiyyətinin narahatçılığı Rusiya rəhbərliyinə və cəmiyyətinə çatdırılmadır. İclas iştirakçıları bir məsələni də diqqətə çatdırıblar ki, son günlərdə bəzi mərkəzlər tərəfindən Azərbaycan və Türkiyə arasında münasibətlərə soyuqluq gətirmək cəhdləri var, yanlış və yalan, qərəzli və reallığa uyğun olmayan məlumatların yayılmasına cəhd göstərilir. Bu məsələlər Azərbaycan  cəmiyyətinin  və o cümlədən BQF-in diqqətindədir və bunların vaxtında qarşısını almaq üçün addımlar atılmasının  vacibliyi iclasda qeyd olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR