İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - FOTO

2001 05.10.2024 10:49 İdman A A

Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə millisinin futbolçusu Merih Demiralın heykəli ucaldılıb.

“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Heykəlin yerləşdiyi Bolu şəhərinin Karaçayır məhəlləsində açılış mərasimi baş tutub. Tədbirdə Bolu Bələdiyyə Başçısı Tanju Özcan, qonaqlar və vətəndaşlar iştirak edib.

Merih sosial media hesabında paylaşım edərək təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Özcan, “Gəlsin Avropa məni də cəzalandırsın” demişdi.

Xatırladaq ki, Türkiyə yığmasının Avropa Çempionatında Avstriya ilə qarşılaşmasında dubl edərək qələbədə böyük pay sahibi olan futbolçu qol sonrasında “bozqurd” işarəsi göstərmişdi.

Siyasi jest kimi qiymətləndirilən bu addıma görə Merihə 2 oyunluq cəza verilmişdi.

 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR