İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Quruluş Partiyası imza vərəqələrini MSK-ya təqdim edib - ÖZƏL

790 03.01.2024 09:00 Siyasət A A

Böyük Quruluş Partiyası 43 mindən artıq imza vərəqəsini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Qanunvericiliyə uyğun olaraq 60-dan çox seçki dairəsindən toplanmış imzalar MSK-ya yanvarın 2-də verilib.

Bunu Musavat.com-a özəl açıqlamasında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, əmlak, maliyyə, o cümlədən seçki hesabından xərclərlə bağlı bütün məlumatlar MSK-ya təqdim edilib:

"Böyük Quruluş Partiyasının imzatoplama kampaniyası 10 gün ərzində yekunlaşdı. Seçki qərargahı sənədlər üzərində ciddi çalışdı. Ümid edirəm ki, MSK obyektiv araşdırma edib, rəyini bildirəcək. Namizədliyimiz təsdiq olunarsa, fəal şəkildə seçki kampaniyasına başlayacağıq".

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR