İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Qayıdış Zəngilandan başlayır – Ağalı kəndi sakinləri qəbul etməyə hazırdır!

4608 05.04.2022 00:30 Son xəbər A A

Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndində inşa edilən ilk ‘’Ağıllı kənd’’ə əhalinin köçürülməsi üçün hər şey hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə hakimiyyətdəki mötəbər mənbələrdən məlumat alınıb. Məlumatda bildirilir ki, 110 hektardan çox ərazini əhatə edən ‘’Ağıllı kənd’’ ilk sakinlərini qəbul üçün hazırlanıb. Ən qısa zamanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ‘’Yurda qayıdış’’ prosesinə start veriləcək.

Zəngilan rayonunun II Ağalı kəndi ərazisində inşa edilən ‘’Ağıllı kənd’’də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi demək olar ki, başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub.

1631169941_aqilli-kend.jpg (208 KB)

“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması da nəzərdə tutulur.

4044826.jpg (104 KB)

Bir sözlə, Qarabağa qayıdan hər bir soydaşımız üçün orada daimi yaşamaq üçün bütün şərait yaradılır.

2022-ci ildə - Şuşa ilində Böyük Qayıdışın başlaması özü əlamətdar hadisədir. Ümid edirik ki, bu yaz Ağalıdan başlanan proses digər bölgələrimizi, xüsusi ilə Şuşamızı da əhatə edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR