“Böyük İyirmilik”(G20) ölkələri neft bazarında vəziyətin tənzimlənməsi tədbirlərini monitorinq etmək üçün xüsusi komitə yaratmağı planlaşdırır. Bu barədə Bloomberg tərtib olunmuş ilkin sənədlə tanış olan mənbələrə əsasən məlumat yayıb.
Mənbələr bildiriblər ki, komitə “lazım olanda fəaliyyətləri əlaqələndirmək üçün” G20-nin energetika nazirləri qarşısında hesabatlı olacaq. Agentliyin 3 mənbəsi əlavə edib ki, komitənin tərkibi hələ tam formalaşdırılmayıb.
Agentlik bildirir ki, mənbələrə görə, layihədə neft hasilatının OPEK+ ökələrinin bugünkü danışıqlarında müzakirə olunacaq hasilat həcmləri barədə məlumat yoxdur.
G20 ölkələrinin bazarda sabitləşməyə yönəlik tədbirləri dövlət ehtiyacları üçün daha böyük həcmdə neft almaqdan ibarət ola bilər. Hazırlanan sənədin yekun mətnində sabaha qədər aparılan müzakirələr nəticəsində dəyişikliklərin aparılması gözlənilir.
DÜNYA,
Musavat.com






