İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük dövlətlərin uşaq oyunları – Vaşinqtondakı “Nemtsov” küçəsinə Moskvanın cavabı nə olacaq?

1242 14.02.2018 16:12 Dünya A A


Dünyanın qocaman ölkələri bir-birlərini acığına küçə adlarını dəyişdirirlər

Rusiya və ABŞ arasında qaralama, gözdən salma, ingilis dilində deyilsə, “trollinq” siyasəti təkcə “tvitter” və ya “facebook” kimi virtual məkanlarda getmir. İndi iş küçə adlarınn dəyişdirilməsinə qədər enib.

Belə ki, dünyanın qocaman və super dövlətləri öz səfirliklərinin və ya konsulluqlarının yerləşdkləri küçələri bir-birinin acığına onları qıcıqlandıran adlara görə dəyişdirirlər. Bu isə qıcıq yaratmaqla bərabər təbii ki, olduqca gülünc bir vəziyyəti ortaya çıxarır.

Bununla bağlı “The New York Times” qəzetinin müxbiri Nil Makfarkuarın yazısı maraq doğurur.

“Moskvada ABŞ səfirliyi ilə yanaşı döngəni “Severoamerikanskiy tupik”, yəni “Şimali Amerika dalanı” adlandırmağı təklif ediblər. Moskva Şəhər Dumasının deputatı Mixail Deqtyarov şəhər komissiyasının bu təklifi müzakirə edəcəklərini öz tvitter hesabında yazıb”,- jurnalist qeyd edir.

Картинки по запросу severoamerikanskiy tupik

Makfarkuar bu məsələni birinci olaraq amerikalıların başlatdığını yazır:

“Vaşinqton şəhər şurası yanvar ayının 10-da Viskonsin prospektində, Rusiya səfirliyinin yerləşdiyi məhəlləni “Boris Nemtsov 1” olaraq adlandırılması barədə qərar verib. Bu ad dəyişikliyi 2016-cı il prezident seçkilərindən sonra Vaşinqtonda böyük məmnunluqla qarşılanıb”.

Картинки по запросу boris nemtsov street


Makfarkuar Rusiyada küçə adının dəyişdirilməsinin daha qəliz proses olduğunu bildirir: “Belə ki, hətta komissiya edilən təklifi bəyənsə belə, bununla əlaqədar meriya rəhbərliyinin razılığı lazımdır. Bu isə həm də Kremldən də iznin çıxarılmasını tələb edir. ABŞ-la onsuz da gərgin münasibətləri daha da korlamaq adına Putin rejimi hələ ki məsələni ideya mərhələsində durdura bilər”.

“The New York Times” komissiyanın hətta başqa adları da gözdən keçirdiyini yazır. Bunların içində Kim Çen In, Məmmər Qəzzafi, Fidel Kastro kimi ABŞ-la gərgin münasibətlərdə olan liderlərin adları var. Bəziləri hətta Xirosima və ya Naqasaki kimi adlardan bəhs edir.
Jurnalist bu tendensiyanın əslində soyuq müharibə illərindən qaldığını vurğulayır. Belə ki, amerikalılar 1980-ci illərin əvvələrində Rusiya səfirliyinin qarşısındakı məkanı “Akademik Saxarov meydanı” adlandırmışdılar.

Картинки по запросу sakharov plaza washington

Yazıda ABŞ-ın təkcə Rusiyaya sataşmadığı qeyd olunub: “Məsələn, Konqress Çin səfirliyinin yerləşdiyi küçənin adını məşhur dissident və indiki kommunist rejiminə müxalif olmuş Lu Syabaonun şərəfinə dəyişdirilməsini təklif edib. Bunun acığına Çin şərhçiləri ABŞ-ın Pekindəki səfrliyinin qarşısındakı bölgəni “Snouden küçəsi” və ya “Usama ben Laden şossesi” adlandırmağa çağırıblar. Lakin hər iki paytaxtda bu addıma gedən olmayıb”.

Məqalədə digər ölkələrin də eyni praktikadan istifadə etdiyi vurğulanıb. “Bu həftənin birinci günü Ankara bələdiyyəsi ABŞ səfirliyi qaşrısındakı küçəni Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatın adı ilə “Zeytun budağı “adlandırmağa qərar verib. İran Böyük Britaniyanın Tehrandakı səfriliyinin qarşısındakı “Unston Çörçill küçəsini Böyük Britaniyaya qarşı mübarizə aparan terrorçu İrlandiya Respublika Ordusunun üzvü Bobbi Sends olaraq adlandırıb”.

Картинки по запросу winston churchill bobby sands

Yazıda Rusiyanın özündə, müxalif siyasi qüvvələrin küçə adları oyunununu sərt tənqid etdiyi qeyd olunur.
“Rusiya siyasətçisinin adının Vaşinqtonda əbədiləşdirilməsi Moskvada tənə kimi qəbul olunur. Bizim hakimiyyət utandığı üçün özünəməxsus tərzdə intiqam alır. Xırdaçılıqdır, lakin öz səviyyələrinə tamamilə uyğundur”, - yazıda rusiyalı Dmitri Qudkovdan sitat gətirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR