İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük dövlətlərin casusluq suçlamasıyla imtina etdiyi “Huawei”dən biz də imtina edəkmi?

1097 10.02.2019 18:27 Gündəm A A

Xəbər verdiyimiz kimi, Çinin “Huawei” texnologiya şirkətinin İngiltərədə dövlət tərəfindən maliyyələşən layihələrə iştirakını qadağan edən qərar çıxarılacaq. Bu barədə ölkənin xarici işlər naziri Ceremi Hant və müdafiə naziri Qavin Uilyamson fikir bildirərək qərarın qısa zamanda çıxarılmasının istəyiblər. Onlar iddia edirlər ki, “Huawei” şirkəti FG şəbəkəsinin istifadəyə verilməsindən sonra İngiltərə şirkətlərinin məlumatlarının “oğurlanmasında” iştirak edə bilər. ABŞ da “Huawei”yi casusluqda ittiham edərək öz müttəfiqlərini bu şirkətlə əməkdaşlıq etməməyə çağırıb. Çexiya, Yaponiya kimi dövlətlərdə də bənzər qərar verilib.

Huawei və ZTE-nin bütün növ proqram təminatı və cihazları Çexiyanın milli kiber təhlükəsizlik idarəsi tərəfindən ölkədə yerləşən bütün rabitə operatorlarında istifadəsini qadağan edib. Qadağaya səbəb həmin şirkətlərin Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ehtimallarıdır.

Son zamanlar Çexiyada, o cümlədən dünyanın əksər ölkələrində Huawei və ZTE-nin hiperaktivliyi həmin ölkələrin Kiber təhlükəsizlik qurumlarını şübhələndirməyə əsas verib. Belə ki, onlar həmin Çin şirkətlərinin istifadəçi məlumatlarının Çin hökumətinin xeyrinə istifadəsindən ehtiyatlanmağa vadar edib.

Картинки по запросу “Huawei” casus

Qısa zaman öncə Almaniyanın Federal Təhlükəsizlik İdarəsi Huawei məhsullarında dərin və detallı araşdırma aparsa da heç bir təhlükə aşkarlamadı. Qeyd edək ki, bu araşdırma yalnız Almaniya Federativ Respublikasında deyil o cümlədən digər ölkələrdə olan proqram təminatı və cihazlarda aparılıb. Dekabrın əvvəlində isə analoji qadağanı Yaponiya hökuməti qəbul edərək yuxarıda adları sadalanan Huawei və ZTE -nin məhsullarının Yaponiya hökumət idarələrində alışı və istifadəsini qadağan etdi. Cari ilin avqustunda Avstraliya 5g mobil rabitə şəbəkəsində Huawei və ZTE -nin istifadəsini qadağan etmişdi. Noyabr ayında Yeni Zellandiya analoji qadağanı tətbiq etmişdir. Son olaraq Belçika hökuməti belə bir qadağa barədə dəqiqləşmə edir.

Bəs görəsən, həqiqətən də bu markadan olan telefonlar vasitəsilə məlumatlar oğurlana bilərmi?

Картинки по запросу Osman Gündüz

Mövzunu “Yeni Müsavat” üçün şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd etdi ki, inkişaf etmiş ölkələrin bu telefonların casusluq imkanlarını yoxlamaq imkanı var: “Həmin telefonlarda standartdan kənar hansısa məqamlar, informasiya sıxdırılmasına səbəb olacaq imkanlar araşdırılır. Bu adətən proqram təminatında və əməliyyat sistemlərində olur. Belə imkanlar var. Həmçinin hansıda bir ölkənin bu istiqamətdə atdığı addım digər ölkələr üçün də nümunə olur. Məsələn, bir ölkə hansısa şirkətin mobil cihazına və ya proqram təminatına qadağa qoyur və açıqlama verir ki, burada ölkəsinin təhlükəsizliyinə təhdid var. Bundan sonra digər ölkələrdə də narahatlıq yaranır və müvafiq qərarlar qəbul edilir. Bizdə hökumət bu cür bəyanatlar verməsə də, təhlükəsizlik məqsədilə müəyyən addımların atılmasını hiss edirik”.

O.Gündüzün sözlərinə görə, son dövrlər dövlət qurumlarında artıq “Kaspersky” anti-virus proqramından istifadə olunmur: “Artıq Yaponiyanın başqa bir anti-virus proqramını alıblar. Mən hesab edirəm ki, burada təhlükəsizliklə bağlı müəyyən məqamlar var imiş. Bu kimi məsələlər hökumətlərdə şübhə doğurur, həmin məhsuldan imtina edib digərindən istifadə edirlər. Casusluq məsələsi təkcə mobil telefonlarda yox, həm də əməliyyat sistemi və proqram təminatında olur. Ancaq onu aşkara çıxarmaq üçün böyük laboratoriyalar olmalıdır, sınaqlar aparılmalıdır. Hər hökumətin də bu cür imkanları olmur”.

Nərgiz LİFTİYEVA
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR