İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın yeni baş naziri Liz Trass Nazirlər Kabinetini elan etməyə başlayıb

484 07.09.2022 10:36 Dünya A A

Böyük Britaniyanın yeni baş naziri Liz Trass Nazirlər Kabinetini elan etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, yeni baş nazir Tereza Koffini yeni səhiyyə naziri və baş nazirin müavini vəzifəsinə təyin edib.

Boris Consonun dövründə biznes üzrə dövlət naziri olmuş Kvasi Kvartenq yeni maliyyə naziri, Ceyms Kleverli isə yeni kabinetdə dövlət katibi təyin edilib. Baş nazirlik yarışında Liz Trassa qarşı mübarizə aparan Suella Breverman yeni daxili işlər naziri postuna gətirilib. Ben Uolles isə müdafiə naziri vəzifəsini davam etdirəcək.

Brandon Lewis yeni ədliyyə naziri təyin olunub. Maykl Ellisə Liz Trassın yeni hökumətində baş prokuror vəzifəsi verilib. Kris Filip maliyyə üzrə baş katib təyin olunub. Mişel Donelan isə yeni hökumətdə rəqəmsal, mədəniyyət, media və idman üzrə dövlət katibi təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR