İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada pandemiya dövründə “qaz vurub, qazan dolduran” şirkətlərə ağır vergi gətirilir

475 08.02.2021 03:17 Dünya A A

Böyük Britaniya COVİD-19 pandemiyası dövründə gəlirləri hədsiz çoxalan texnologiya şirkətlərinə və pərakəndə ticarət şəbəkələrinə əlavə vergi gətirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Sunday Times” qəzeti məlumat yayıb.

Bunun üçün hökumət internet üzərindən satışların həyata keçirildiyi zaman verginin necə müəyyənləşdirilməsi, habelə “fövqəlgəlir vergisi” üzərində çalışacaq xüsusi komissiya yaradıb.

Lakin qəzetin fikrincə, ölkənin maliyyə naziri Rişi Sunak çətin ki, bu ilin mart ayının 3-nə planlanan büdcə toplantısında sözügedən tədbirlərdən bəhs etsin. Britaniyalı nazirin daha çox COVİD-19 la bağlı məzuniyyətlər proqramının uzadılmasından və müəssisələrin dəstəklənməsindən danışacağı gözlənilir. Qəzet bunu hakim Mühafizəkarlar partiyasında hökumətə və baş nazir Boris Consona yönəlik təzyiqlərlə əlaqələndirib.

Rişi Sunak iqtisaidyyat bərpa olunana qədər şirkətlərin dövlət tərəfindən dəstəklənməsi proqramının davam edəcəyini vurğulayıb. Qeyd etmək lazımdır ki, ötən iln aprelindən bu yana Böyük Britaniyanın dövlət borcları rekord səviyyədə, 271 milyard funt (370 milyard dollar) artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR