İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran yoxsulluq həddinin artmasına səbəb olub

190 01.12.2020 14:49 Son xəbər A A

Böyük Britaniyada koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran yoxsulluq həddinin artmasına səbəb olub.

“Legatum” beyin mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı yoxsul insanların sayının 15 milyona çatdığı bildirilib.

Mərkəzin prezidenti Filippa Straud COVID-19-a qarşı hazırlanan strategiyanın mərkəzinə yoxsulluqla mübarizə ilə bağlı hərtərəfli planın qoyulmalı olduğunu söyləyib.

Hökumət rəsmiləri az gəlirli insanlara yardımların davam edəcəyini, bu il sosial yardım və dəstək üçün 100 milyard funt sterlinqdən çox vəsait xərcləndiyini açıqlayıblar.

Hökumətin bu mövzuda yanvar ayında yenidən qərar verəcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR