Böyük Britaniyanın lobbiçilik fəaliyyətinə nəzarət orqanı 2010-2016-cı illərdə ölkəyə rəhbərlik edən, keçmiş baş nazir Devid Kamerona qarşı araşdırmaya başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Qəzet Devid Kameronun vaxtilə hökumətdə bir yerdə işlədiyi nüfuzlu dövlət adamlarına təsir göstərərək yaxın münasibətdə olduğu “Greensill Capital” şirkətinin dövlətdən külli-miqdarda kredit almasına yardım göstərdiyini yazıb. Qeyd etmək lazımdır ki, Devid Kameron vaxtilə həmin şirkətdə məsləhətçi olaraq da çalışıb.
Britaniya qanunlarına görə dövlət orqanları qaşısında üçüncü tərəfin maraqlarını müdafiə etmək üçün öncə rəsmi şəkildə lobbiçilərin reyestrində qeydə alınmaq lazımdır. Həmin qaydanı pozan şəxsləri 7,5 min funt-sterlinq (10 min dollar) cərimə, böyük pozuntularda isə cinayət məsuliyyəti gözləyir.
Böyük Britaniya mediası Devid Kameronun ölkənin maliyyə naziri Rişi Sunaku, habelə İngiltərə Bankı (Mərkəzi Bank-red.) ilə əlaqə qurduğunu lakin bütün cəhdlərinin uğursuz olduğunu xəbər edib.
İndi lobbiçi-məsləhətçilərin fəaliyyətini nizama salan idarə keçmiş baş nazirin bütün bunları etmək üçün hüquqi lisenziyasının olub-olmadığını araşdırmaqla məşğuldur.
“The Daily Telegraph” bu həftənin birinci günü parlamentdə hakim Mühafizəkarlar partiyasının deputatlarının Devid Kameronla bağlı parlament təhqiqatnın başlanması ilə bağlı təklifləri bloklayıblar.
Musavat.com






