İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada bütün restoranlar, pivəxanalar, idman zalları və kinoteatrlar qapadıldı

1462 20.03.2020 23:56 Son xəbər A A

Böyük Britaniya hökuməti ölkədə bütün restoran, pivəxana, idman zalları və kinoteatrların bağlanması haqqında qərar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə baş nazir Boris Conson keçirdiyi mətbuat konfransında ictimaiyyəti məlumatlandırıb.

“Bizə xəstəliyin yayılma sürətini azaltmaq lazımdır. Buna görə də Birləşmiş Krallığa daxil olan 4 ölkənin də razılığı ilə kollektiv şəkildə əyləncə və idman məkanlarını öz işlərini tez bir zamanda bitirmələrini və sabahdan qapılarını açmamalarını istəyirik”,-deyə baş nazir bildirib.

Hökumət başçısı qida məhsulları satan obyektlərin əvvəlki qayda ilə çalışacağına söz verib.

Boris Conson ile ilgili görsel sonucu

Bəhs oluna məhdudlaşdırmalar yeni qərar verilənə qədər qüvvədə qalacaq. Boris Conson görülən tədbirlərin iqtisadiyyatı ağır vəziyyətə salacağını etiraf edərək, bütün çətinliklərin müvəqqəti xarakter daşıyacağına və hökumətn biznesə heç olmadığıı qədər dəstək verəcəyinə hər kəsi əmin edib.

Qeyd etmək lazımdır ki, bundan öncə Brtaniya hakimiyyəti insanlara bir-birləriylə mümkün qədər az təmas etməyə çağırıb. Bu həftə ölkədə bütün dövlət məktəbləri bağlanıb. Ali məktəblər isə artıq distans tədris sisteminə keçib.

Böyük Britaniya kilsəsi də moizələrinə ara verdiyni açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR