İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya və Böyük Britaniya səfirlərinin Rusiyanın Tehrandakı səfirlik binasında çəkdirdikləri fotonu tənqid edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın səfiri Levan Caqaryan və Böyük Britaniya elçisi Saymon Şerkliffin birgə poza verməsi rəsmi Tehranın xoşuna gəlməyib.

Məhəmməd Cavad Zərif bu fotonun onlara 1943-cü ildə Tehranda keçirilən beynəlxalq konfransı xatırlatdığını söyləyib. Həmin vaxt ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Uinston Çörçill və Sovet İttifaqı lideri İosif Stalin də jurnalistlərin qarşısında poza vermişdilər.
İran rəsmi tarixində bu konfrans “suverenliyin alçaldılması və təcavüz aktı” kimi təsvir olunur.
Musavat.com






