İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya səfiri riyaziyyatçı sandığı pornoaktrisanı uğurları ilə bağlı təbrik edib

1335 11.02.2019 17:25 Dünya A A

Böyük Britaniyanın Bosniya və Herseqovinadakı səfiri Metyu Fild bir diplomatın düşə biləcəyi ən axmaq situasiyalardan biri ilə üzləşib.

Bununla o, Balkan ölkəsində hər kəsi özünə güldürüb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, səfir Twitter vasitəsilə guya Foçe şəhərindən olan Saşa Qoranoviç adlı bir qızı riyaziyyat sahəsində qazandığı yarışlar münasibətilə təbrik edibmiş.

“Bu Foçe şəhərindən olan, Sarayevo universitetinin Elektrotexnika fakultəsinin tələbəsi Saşa Qoranoviçdir. O, Çikaqoda keçirilən riyaziyyat olimpiadasında 3-cü sıranı tutub. Lakin bu cür istedadlı qızlar haqqında təəssüf ki, xəbərlərdə heç nə deyilmir”,-deyə britaniyalı diplomat yazıb.

Lakin işin əsli tamamilə başqaymış. Belə ki, səfirin riyaziyyatçı kimi bildiyi qız əslində məşhur pornoaktrisa Saşa Qreymiş. Onun şəkli yalançı bioqrafiyası ilə birlikdə zarafatla RUSH adlı istifadəçi tərəfindən tvitterə qoyulub.

Bundan sonra Bosniyada internet az qala “partlayıb”. Hər kəs “əlaçı tələbə”ni pornoulduzla qarışdıran Metyu Fildi ələ salan statuslar və görüntülər paylaşıb.

Səfir sonradan xeyirxahlığının qurbanı olduğunu bildirib: “Budur, mən artıq Bosniya yumorunun girovuna çevrilmişəm. Hər hada bir şəkildə tarixə düşməyi bacardım. Indi mənə təsəlli verən tvitter hesabımı oxuyanların sayının çoxalmasıdır. Bunun özü böyük şeydir. Mesajım da silinib. Mənim niyyətim tamamilə xeyirxah olub”,-deyə o sonradan sosial şəbəkə hesabında qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR