İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Parlamentində “Brexit” üzrə danışıqlar davam edir

257 23.10.2019 01:25 Dünya A A

Böyük Britaniya parlamentariləri bu gün keçirilən iclasda “Brexit” haqqında qanun layihəsini dəstəkləyiblər.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, 329 parlament üzvü qanunun lehinə, 299 üzv isə əleyhinə səs verib. Ancaq parlament üzvləri 110 səhifəlik bu anlaşmanın qalan mərhələlərinin qrafiki ilə bağlı razılaşma əldə edə bilməyiblər. Buna görə də Böyük Britaniyanın Baş Naziri Boris Conson “Brexit” qanun layihəsini dayandırdığını bildirib.

Qərar sonrası Avropa Şurasının Prezidenti Donald Tusk Aİ-yə olan üzv dövlətlərə “Brexit”in müddətinin uzadılmasını məsləhət görəcəyini, bu barədə yazılı prosedur təklif edəcəyini bildirib.

 

Aytən Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR