İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya "Brexit"dən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

555 06.09.2018 21:10 Dünya A A

Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra ("Brexit") Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Sky News" Britaniya Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi işi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir və bununla bağlı qanun hazırlamaq fikrindədir.

Hazırda isə Böyük Britaniya İttifaqın digər ölkələrinin də razılıq verməsindən sonra sanksiya tətbiq edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR