İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük BƏLANIN ayaq səsləri eşidilir... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ

4355 13.01.2023 21:17 Region A A

Son günlər Mərmərə və Egey bölgələrində baş verən zəlzələlər insanları panikaya salıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə 10 yanvarda Egey dənizinin Midilli adasında baş verən 5 bal gücündə zəlzələ və eyni gündə Krit adasında baş verən 4,4 bal gücündə zəlzələ başda İzmir və Balıkəsir olmaqla Egey bölgəsində yaşayan insanları təşvişə salıb.

Mövzu ilə bağlı "Milliyet"ə danışan professor Ziyadin Çakır bildirib ki, İzmir və ətrafında dağıdıcı zəlzələlər yarada biləcək çoxlu qırılma xətləri var. O, xüsusilə iki mahala diqqət çəkib:

"İzmirin Bornova və Karşıyaka kimi torpaqları zəif olan bölgələrini nəzərə alsaq, orta gücdə bir zəlzələ belə dağıdıcı nəticələrə səbəb ola bilər. Son günlər Egey dənizində yaşanan hərəkətlilik yaxın gələcəkdə böyük bir zəlzələ ehtimalını qabardıb. Türkiyənin zəlzələ ölkəsi olduğunu xatırladan bu kiçik təkanlar qabaqcıl olarsa, dağıdıcı gücə malik böyük zəlzələ ehtimalı yüksəkdir". 

men.PNG (792 KB)

Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür isə İstanbulla bağlı da xəbərdarlıq edib. O bildirib ki, İzmirdə Gediz çayının çöküntüləri üzərində tikilmiş çoxmərtəbəli binaların yerləşdiyi ərazidə qrunt tədqiqatları səhv və ya qeyri-kafi aparılıbsa, həmin binalar zəlzələyə davam gətirməyə bilər. Türkiyənin şərq bölgələrində də zəlzələ riskinin olduğuna diqqət çəkən professor Malatyanın Erkenek və Çelikhan, Kahramanmaraşın isə Türkoğlu rayonlarında yaşayanların zəlzələlərə hazır olmasının vacibliyini vurğulayıb.   

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR