İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşandığı ərinin sevgilisinə dəhşəti yaşatdı - Barmağını dişlədi, daha sonra saçından tutub ... (FOTOLAR)

916 09.04.2023 18:15 Hadisə A A

Türkiyənin Dənizli vilayətində boşandığı ərinin sevgilisi 44 yaşlı Serpil Gündüzü evində döyüb barmağını dişləyən 51 yaşlı Əminə S. və onun bacısı Fatimə Gül S. haqqında cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, onları 2 ilə qədər həbs cəzası gözləyir. 

2 uşaq anası Əminə S.-nin boşandığı əri Mehmet K.-nın Serpil Gündüzlə 2 aydır münasibətdə olduğunu öyrənib. Əminə S. dekabrın 8-də Serpil Gündüzün evinə gedib. Əminə S. qapını açan Serpil Gündüzə söyüş və təhqirlər yağdıraraq hücum edib. S.Gündüz Əminə S.-nin sol əlinin şəhadət barmağını dişlədiyini də iddia edərək, onunla birlikdə gələn baxısı Fatimə Gül S.-nin də hücumuna məruz qaldığını deyərək polisə şikayət edib.

6432601786b24a57e0b6d844.jpg (47 KB)

İki bacı barəsində hazırlanan iddianamədə, qapı açılan zaman Əminə S.-nin Serpil Gündüzü özünə tərəf çəkdiyi, təhqir və hədələdiyi, barmağını dişlədiyi bildirilib. İddianamədə hadisə zamanı gələn Əminə S.-nin bacısının Serpil Gündüzü saçından tutub pilləkənlərə vurduğu da yer alıb.

Bildirilir ki, yaxın günlərdə 5-ci Ağır Cəza Məhkəməsində Əminə S. və bacısının məhkəməsi başlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR