İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson Ukrayna təyyarəsinin İran tərəfindən səhvən vurulmasına münasibət bildirib

1252 11.01.2020 19:22 Dünya A A

Böyük Britaniyanın baş naziri Boris Conson İranın Ukraynaya məxsus “Boeing 737” təyyarəsini səhvən vurmağı ilə bağlı etirafının önəmli ilk addımlar olduğunu qeyd edib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, B.Conson İranın şəffaf və müstəqil istintaq aparılması üçün əməkdaşlıq etməsinin lazımlılığını bildirib: “Aydındır kı, bölgədəki qarşıdurma yalnız daha çox itki və faciəyə səbəb olacaq. Bütün liderlərin indi diplomatik yolla irəliləmələri çox vacibdir”.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarəni İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurduqlarını bildirib.

Aytən ABBASLI
Apa.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR