Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa Birliyindən saziş olmadan çıxması üçün hazırlıqlara indidən başlayıb.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, rəsmi London bunun üçün geniş və aqressiv reklam kampaniyası aparmağı düşünür.
“The Guardian” qəzetinin verdiyi məlumata əsasən, reklam xərclərinə yaxın 3 ay ərzində 100 milyon funt, yəni 120 milyon dollar vəsait ayrılacaq.
Ümumilikdə Böyük Biritaniya hökuməti “sərt” Breksitə hazırlıqla bağlı olaraq 1 milyard funtluq plan elan edib.
Mətbuat Boris Conson hökumətinin İkinci dünya müharibəsindən bu yana ən böyük kampaniya apardığını qeyd edir.
Baş nazir isə tələsir. "The Sunday Times" qəzetini məlumatına əsasən o, 2019-cu ilin 31 oktyabrına qədər bütün işlərin bitirilməsini istəyir. Hazırda o, qatı “Breksit” tərəfdarı sayılan 6 nazirdən ibarət “hərbi kabinet” qurub.
Hazırlıq işləri üzrə koordinator funksiyasını yerinə yetirən Maykl Qouv hər ehtimalı gözə aldıqlarını bildirib. O, bu məsələdə 6 nazirin Boris Consona dəstəyinin tam olduğunu ifadə edib.
Musavat.com






