İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolton Trampın xarici siyasətini kəskin tənqid etdi

500 19.09.2019 18:37 Dünya A A

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ölkə rəhbərinin xarici siyasətini kəskin tənqid edib.

Bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nyu-Yorkda qapalı keçirilən görüşdə Bolton bildirib ki, Trampın “Taliban” liderini prezidentin Kemp-Deviddə yerləşən iqamətgahına dəvət etməsi ciddi səhv idi. O, bu addımı 11 sentyabr terror qurbanlarına qarşı hörmətsizlik kimi dəyərləndirib.

Bundan başqa, Bolton Koreya Xalq Demokratik Respublikası və İranla bağlı aparılan danışıqlar barədə də mənfi fikirlər səsləndirib. Onun sözlərinə görə, danışıqlar uğursuzluğa məhkumdur.

Bolton hesab edir ki, rəsmi Tehran və Pxenyan yalnız ABŞ-ın sanksiyalarını yüngülləşdirmək üçün danışıqlar aparmaqda maraqlıdır.

Bununla belə, iclasda Boltonun birbaşa olaraq Trampın adını çəkmədiyi də qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR