Bolqarıstanda yük maşını yaşayış binasına çırpılıb, ölən və yaralananlar var
Bolqarıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ağır tonnajlı yük maşını Lom şəhərində yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub.
Polis insidentlə əlaqədar araşdırma aparır.






