Bolqarıstan taxıl və yağlı bitkilərin ixracı üzrə dünyada lider dövlətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı naziri Desislava Taneva Milli Taxıl istehsalçılarının 9-cu seminarında deyib.
O qeyd edib ki, Bolqarıstan keçən il 4,17 milyon ton olmaqla 3 milyard 141 min lev dəyərində buğda ixrac edib. Bu göstərici ölkənin dünyada 11-ci sırada qərarlaşmasına səbəb olub. Eyni zamanda, ölkə qarğıdalı ixracına görə də dünyada 11-ci yeri tutur. Belə ki, keçən il 1,41 milyon ton qarğıdalı ixrac olunub. Bundan əlavə, günəbaxan ixracına görə ölkə dünyada 2-cidir. Ötən il 779 min ton günəbaxan ixrac olunub.






