İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan Rusiya kəşfiyyatçılarına qarşı uğurlu fəaliyyət göstərdiyini bəyan edib

878 26.06.2020 19:06 Son xəbər A A

Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyi (DANS) Rusiya diplomatlarının kəşfiyyat fəaliyyətlərini qarşısının alınması yönündə ciddi uğurlar əldə etdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bolqar rəsmiləri rusiyalı general Leonid Reşetnikov və iş adamı Konstantin Malofeyevə 10 il ölkəyə gəlmək qadağası qoyublar.

Milyarder Konstantin Malofeyev “Tsarqrad” holdinqinin və “Dvuxqlavıy oryol” cəmyyətinin rəhbəridir. Leonid ReşeTnikov isə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin ehtiyatda olan general-leytenantı, Strateji araşdırmalar institutunun keçmiş direktoru və “Dvuxqlavıy oryol” cəmyyətinin sədr müavinidir. Bundan başqa, Bolqarıstanın “Rusofilı” hərəkatının sədri Nikolay Malinova qarşı cinayət işi qaldırılıb.

Bolqarıstan prokurorluğunun təsbitlərinə görə, Nikolay Malinov ölkənin milli təhlükəsizliyinin pozulmasına və xarici siyasətinə qarşı fəaliyyət yürüdüb və buna görə adı çəkilən holdinqdən külli-miqdarda maliyyə yardımı alıb.

Qeyd olunur ki, Konstantin Malofeyevin adı Rusiyanın Avropadakı ekspansiya fəaliyyətlərində, xüsusilə Ukraynaya qarşı təcavüz siyasətində sıx-sıx hallanır. Konstantin Malofeyev Ukraynada Rusiyanın işğalı altındakı torpaqlarda qurulan oyuncaq “DXR” və “LXR” adlı qurumların və silahlı bandit qruplaşmalarının da əsas sponsoru sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR