Bolqarıstan Kuaşiləri tanıyan fransız müsəlmanı Fransaya verəcək
Bolqarıstan məhkəməsi Fransada terror aktı törədərək, Charlie Hebdo satirik jurnalının kollektivindən 12 nəfəri öldürmüş Kuaşi qardaşlarını tanıyan fransızı Fransaya ekstradisiya etmək barədə qərar çıxarıb.
Musavat.com Gazeta.ru-ya istinadla cəbər verir ki, həmin şəxs barədə Parisdə qiyabi olaraq həbs qərarı verilib.
Frits-Joli Joaşen adlı müsəlman fransız bu il yanvarın 1-də Bolqarıstanda Türkiyəyə keçmək istərkən yaxalanıb. Sonradan onun Kuaşi qardaşları ilə tanış olduğu üzə çıxıb. Saxlanılan şəxs özünü heç bir cinayətdə təqsirli bilmir.
N.Asifli






