İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan fövqəladə epidemik vəziyyətin müddətini 2022-ci il martın 31-nə kimi uzadıb

287 29.11.2021 18:24 Son xəbər A A

Pandemiyanın növbəti dalğası Bolqarıstanda getdikcə artır. Ölkənin bütün regionları yeni koronavirusun təsirinə məruz qalıb. COVID-19-a yoluxma halları hər yaşda olan insanlarda müşahidə olunur. Xəstəliyin əhəmiyyətli dərəcədə artması uşaqlarda və gənclərdə (20-29 yaş) müşahidə olunur. Xəstəxanaya yerləşdirilənlərin sayı da artır. Ölkədə peyvəndlə əhatə dairəsi cəmisi 25,53 faiz təşkil edir ki, bu da Aİ-də yaşlılar və ümumi əhali arasında olan 70 faizlik hədəfindən çox uzaqdır. Ölkədə koronavirusa yoluxanların 85 faizini peyvənd olunmamış şəxslər təşkil edir. Fövqəladə epidemik vəziyyətin uzadılması COVID-19-un yayılmasını məhdudlaşdırmaq məqsədi daşıyır. Ölkədə fövqəladə epidemik vəziyyətin müddətini 2022-ci il martın 31-nə kimi uzatmaq qərarı infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR