İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan “Cənub axını” layihəsi üzrə bütün işləri dayandırıb

887 19.08.2014 15:17 Dünya A A
Bolqarıstan rəsmilərinin qərarına əsasən, "Cənub axını" qaz kəmərinin tikintisi üzrə bütün işlər, layihə Avropa Komissiyasının tələblərinə cavab vermədiyindən dondurulur.

İşlərin dayandırılması barədə sərəncam Bolqarıstan iqtisadiyyat və energetika naziriri Vasil Ştonov tərəfindən verilib.

İyun ayının əvvəlində Avropa İttifaqı rəsmi Sofiyadan Ukraynadan yan keçərək Avropaya Rusiya qazını nəql etməyə imkan verən "Cənub axını" qaz kəməri tikintisinin qeyri-müəyyən müddətə dayandırılmasını tələb etmişdi.

Avropa Komissiyası rəsmiləri Qara dənizin dibilə keçəcək kəmərin sənədləşdirlməsinin Avropa qanunvericiliyinə uyğun gəlmədiyini bildirmişdi.

O zaman Bolqarıstan rəsmiləri layihənin gələcəyini Rusiya ilə Ukrayna arasında münasibətlərdən asılı vəziyyətə salmamağa çağırmışdılar.

Lakin iyunun 8-də Bolqarıstan baş naziri Plamen Oreşarski layihə üzrə işləri dayandırmaq barədə sərəncam verdi.

İyul ayında isə ölkənin XİN başçısı Kristian Vigenin Rusiya XİN başçısı Sergey Lavrov ilə danışıqlardan sonra Bolqarıstanın qaz kəməri layihəsini dəstəklədiyini bildirmişdi.

"Cənub axını" qaz kəmərinin tikintisi 2012-ci il dekabrın 7-də Qara dənizin Rusiyaya aid sahilində başlayib.

İldə 15,75 mlrd kub metr qazın nəqlinə hesablanmış boru kəmərinin birinci mərhələsinin 2015-ci ildə işə salınması nəzərdə tutulur (BBC).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR