Bolqarıstanın Xarici İşlər Nazirliyi 10 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova məlumat verib.
“On diplomatı arzuolunmaz şəxs elan ediblər, ifadəsi adidir – “fəaliyyətin onların statusu ilə bir araya sığmaması”. Bunu sön dərəcə qeyri-dost akt kimi qəbul edir və cavab addımları hüququnu özümüzdə saxlayırıq”, - deyə səfir qeyd edib.
Bolqarıstan XİN-dən agentliyə bildiriblər ki, diplomatlara respublikanı tərk etmək üçün 72 saat vaxt verilib.






