BOLQAR JURNALİSTİ QARABAĞ HAQDA AZƏRBAYCANA QARŞI FİLM ÇƏKİB
Filmin birinci hissəsində keçmiş Şaumyan rayonunda gedən döyüşlər təsvir olunur, bu hissədə Azərbaycan OMON-un erməniləri qırdığı haqda təbliğat gedir. İkinci hissədə Ağdərənin alınması, Azərbaycan ordusunun Xankəndini bombalaması, ermənilərin bu şəhərdə necə qırıldıqları təsvir olunur. Filmin növbəti hissəsində Qarabağda erməni ordusunun formalaşması prosesindən bəhs edilir. Nəhayət sonda ermənilərin Şuşanı necə aldıqlarından bəhs edilir. Filmdə erməni birmənalı şəkildə Azərbaycana qarşı düşmən təbliğatı gedir. Müəllif deyib ki, filmin beynəlxalq ictimai rəyə təsir edəcəyinə ümid edir. Qeyd edək ki, Bolqarıstanın Azərbaycanla sıx əlaqələri var, bu ölkənin prezidenti Georgi Pırvanov dünən enerji sövdələşmələri üçün Bakıya səfərə gəlib.






