İnsanlara hürriyət, millətlərə istiqlal!

Boliviyanın keçmiş solçu prezidenti azyaşlı uşaqlara təcavüz ittihamı ilə üzləşdi

799 28.08.2020 17:58 Son xəbər A A

Boliviyanın Koçabamba departamentinin prokurorluğu ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı ağır ittiham hazırlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dövlət başçısı kiçik yaşlı qız uşaqlarına təcavüz etmək suçu ilə üzləşib.

Bu barədə ölkənin baş prokurorluğunu nümayəndəsi Edvin Kispe jurnalistlərə məlumat verib. Onun sözərinə görə, həmin cinayətlərin həqiqətən yer alıb-almaması yaxın 20 gündə bəlli olacaq.

Qeyd etmək lazımdır ki, bu ilin avqust ayının 20-də Boliviyanın ədliyyə və dövlət institutlarının şəffaflığı nazirinin müavini Gido Melqa prokurorluğa müraciət edərək Evo Moralesa qarşı azyaşlı uşaqları zorlamaq ittihamı irəli sürülməsiı haqqında müraciət qəbul etmişdi.

Prokurorluğun araşdırmasına əsas verən hüquqi fakt Noemi adlı qızla bağlı çıxan xəbərlərdir. Yerli jurnalistlər onun Evo Moraleslə birlikdə çəkdirdiyi fotoları yayıblar. Prokurorluq həmin qızın 18 yaşına çatmadığı halda eks-prezident tərəfindən intim əlaqəyə cəlb olunmasında şübhələnir. Lakin hazırda 19 yaşda olan Noemi ifadəsində 2020-ci ilin may ayına qədər E.Moraleslə münasibətlərinin dostluq çərçivəsində olduğunu deyib.

Bu həftə isə Ədliyyə nazirliyi daha bir 15 yaşlı qızın şikayətini qeydə alıb. Onun hətta keçmiş prezidentdən hamilə qalıdğı iddia edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR