İnsanlara hürriyət, millətlərə istiqlal!

Boliviya polisi prezidentin sabiq əvəzləyicisi Janin Anyesi çarpayının altında tapdı FOTO

1339 14.03.2021 02:37 Dünya A A

Boliviya polisi ölkə prezidentinin sabiq əvəzləyicisi Janin Anyesi yaxalamağa gələndə onu çarpayının altında aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “El Deber” qəzeti bildirib.

Qəzetin informasiyasına görə, Anyes Benya departamentinin Trinidad şəhərindəki qohumlarının evində imiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı onu çarpayının altında yerləşən yeşikdə tapıblar.

Anyes dövlət çevrilişi haqqında təhqiqat işinin araşdırılması çərçivəsində saxlanılıb. O, ifadə vermək üçün La-Pasa aparılıb.

Anyesdən başqa keçmiş ədliyyə naziri Alvaro Koimbra, sabiq energetika naziri Rodriqo Qusman da saxlanılıblar. Prokurorluq həmçinin Anyes hökumətinin üç üzvünün, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sabiq komandanlarının həbsinə order verib.

Sabiq məmurlara və hərbçilərə qarşı "terrorçuluq, qiyama və sui-qəsdə təhrikçilik" ittihamları irəli sürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR