İnsanlara hürriyət, millətlərə istiqlal!

Boliviya İsraillə diplomatik əlaqələri kəsib

467 01.11.2023 11:27 Dünya A A

Boliviya hökuməti Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik münasibətləri kəsib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı xarici işlər nazirinin müavini Freddi Mamani bildirib.

Boliviya televiziyasında yayımlanan mətbuat konfransında o, “Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib” deyib.

Prezident yanında dövlət naziri postunu tutan Marianela Pradanın dediyi kimi, Boliviya İsrailin hərəkətlərini “insanlığa qarşı cinayət” hesab edir.

O, mətbuat konfransında deyib: "Biz Qəzza zolağında minlərlə mülki insanın itkisinə səbəb olan hücumların dayandırılmasını tələb edirik".

Qeyd edək ki, 2009-cu ildə də Boliviya İsrailin Fələstin anklavındakı hərəkətlərinə görə diplomatik əlaqələri kəsmişdi və bu əlaqələr yalnız 10 il sonra, 2019-cu ildə bərpa edilmişdi.

O da məlum olub ki, Çili və Kolumbiya hökumətləri İsraildəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR