İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgələrdə kəndlilərin adına kredit götürən təşkilat rəhbəri həbs edilmədi

719 14.02.2019 14:57 Kriminal A A

Sahibkarlara Kömək Milli Fondunun ayırdığı pulları kəndliyə ödəməyərək mənimsəməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. İttihama görə, onlarla şəxsin adına xəbərləri olmadan kreditlər ayrılıb və pullar ələ keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Əyyub Həsənov həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ə.Əhmədova şərti cəza verilib.

İttihama əsasən, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bildirək ki, Aqroinvest Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasina əsasən yaradılıb. Aqroinvest Kredit İttifaqı MMC kimi 6 aprel 2001-ci ildə İmişli şəhərində təsis olunub.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR