İnsanlara hürriyət, millətlərə istiqlal!

Boksçu Emil Baku dünyasını dəyişdi - FOTO

5651 18.01.2016 17:55 Son xəbər A A
Bir neçə gün öncə məşhur boksçu Emil Baku ləqəbi ilə tanınan həmyerlimiz Emil İsrafilbəyovun beyin şişi xəstəliyinə tutulduğu məlumatını vermişdik. 

Bu dəqiqələrdə alınan məlumata görə, həmyerlimiz dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu məlumatı avropa çempionu Ağaəli Alışov sosial şəbəkədə paylaşıb.

“Əziz həmvətənlər, bu dəqiqə aldığım məlumata görə, ölkəmizi peşəkar boks rinqlərində layiqincə təmsil edən "Emil Baku" kimi tanınan Emil İsrafilbəyov rəhmətə getdi. Bu günlərdə Emilə dəstək olmağa çalışan hər bir kəsə təşəkkür edirəm! Allah rəhmət eləsin, məkanı cənnət olsun!”

Qeyd edək ki, həmyerlimiz beyin şişi xəstəliyindən əziyyət çəkirdi. Emil boks dünyasında kifayət qədər tanınan idmançılardan biri olub. Uşaqlıqdan boksla məşğul olan Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib. 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR