Bob Bredi Roma papasının stəkanını oğurladı - Fotolar
Pensilvaniya ştatının kongresdə olan nümayəndəsi Bob Bredi papanın su içdiyi stəkanı tribunadan götürüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Philadelphia Daily News” qəzetində yer alıb.
Məlumata görə, konqresmen bunu dini baxışına görə edib. Bredi belə hesab edir ki, əgər Roma papası bu sudan içibsə deməli, bu su müqəddəsdir.
B. Bredi stəkanı götürdükdən sonra kabinetinə aparıb, həyat yoldaşı və iki köməkçisi ilə birlikdə içib. Bredi öz senator dostlarını da bu suya qonaq edib. Beləki digər senator və ailə üzvləri suya barmaqlarını batırıb.
Suyun qalan hissəsini o öz nəvələri üçün aparmağı düşünür. Daha sonra Bredi stəkanı polisə aparıb barmaq izləri ilə sübüt etmək istəyir ki, bu doğrudan da Roma papasının su içdiyi stəkandır.
Qəzet bildirir ki, bu Bredinin birinci belə işi deyil. O, 2009-cu ildə prezidentin andiçmə mərasimində Obamanın da stəkanını oğurlayıb.
Aygün Səfərli
Musavat.com






