İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT TŞ Suriyaya dair Rusiyanın qətnamə layihəsini qəbul etməyib

472 17.11.2017 06:46 Dünya A A

BMT TŞ Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatına dair Rusiyanın qətnamə layihəsini qəbul etməyib. Buna səbəb sənədin lazımi sayda səs toplamaması olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi BMT TŞ-in iki daimi üzvü – Rusiya və Çin dəstəkləyib. Qazaxıstan və Boliviya da sənədin lehinə səs verib.

ABŞ, Böyük Britaniya, Fransa, İsveç, Ukrayna, İtaliya və Uruqvay əleyhinə səs veriblər. TŞ-in daha 4 üzvü – Efiopiya, Yaponiya, Misir və Seneqal bitərəf olublar.

Qeyd edək ki, Rusiya bundan əvvəl BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.

Xatırladaq ki, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatır.


Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR