İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını müzakirə edəcək

360 03.08.2016 20:05 Dünya A A

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın (KXDR) növbəti raket sınağını müzakirə edəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, ABŞ və Yaponiya məsələylə bağlı avqustun 3-də BMT Təhlükəsizlik Şurası üzvlərinin görüşünü təşkil edəcək: "Biz günün ikinci yarısında yapon həmkarlarımızla birlikdə BMT Təhlükəsizlik Şurası üzvlərinin təcili görüşünü çağırmaq niyyətindəyik". 

Qeyd edək ki, Şimali Koreya bu gün səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raketin atışını həyata keçirib. BMT TŞ-nin qadağasına baxmayaraq Şimali Koreya cari ildə dəfələrlə ballistik raketlərin atışını həyata keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR