İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT qurumundan xəbərdarlıq: turizmdə itkilər 3,3 trilyon dollara çata bilər

710 01.07.2020 23:55 İqtisadiyyat A A

Turizm sektorunda böhran 12 ayadək davam etsə, dünya iqtisadiyyatı 3,3 trilyon dollara çata bilər. Bu proqnoz BMT Ticarət və İnkişaf Konfransının(UNCTAD) hesabatında əksini tapıb.

Hesabatda qeyd olunur ki, koronavirus pandemiyası ilə bağlı 4 aylıq durğunluq dövründə dünya turizmi ən azı 1,2 trilyon dollar itirib ki, bu da qlobal Ümumi Daxili Məhsulun 1,5 faizinə bərabərdir.  Böhran 8 ay davam edərsə, itkilərin həcmi 2,2 trilyon dollar qədər artacaq: “UNCTAD-a görə, daha pessimist ssenaridə böhran 12 aya qədər uzanarsa, bu, turzim sektorunda 3,3 trilyon dollar və ya qlobal ÜDM-in 4,2 faizi qədər itkiyə səbəb olacaq”.

BMT qurumunun ekspertləri bildirirlər ki, turizm dünyada milyonlarla insanın iş yeri, çoxlu sayda ölkənin əsas qazanc mənbəyidir. Məsələn, ada-dövlətlərin bir çoxunun iqtisadiyyatı böyük həcmdə turizmdən asılıdır və bu sektordakı böhran onları inkişafdan saxlayar.

Hesabat müəllifləri qeyd edirlər ki, pandemiyanın yaratdığı böhran inkişaf etməkdə olan ölkələrə daha böyük zərər vurur. Belə ki, Tailandın itkisi ölkə ÜDM-nin 11 faizi, Yamaykanınkı 9 faizi, Keniya, Misir və Malaziyanınkı 3 faizinə qədər təşkil edir. Bu sektorda kəskin işsizliyin yaranacağı gözlənilir.

Bundan əlavə, inkişaf etmiş ölkələr də zərərçəkəcəklər. Fransa, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya və ABŞ turist axının azalmasından ciddi itkilərə məruz qalırlar. Hesablamalara görə, bu ölkələrdə turizmdən itirilən 1 milyon dollar digər sektorlarda 2-3 milyon dollarlıq zərərə gətirib çıxaracaq. Buna görə də hesabat müəllifləri dövlətləri müflisləşmə həddində olan turizm şirkətlərinə dəstək verməyə çağırırlar.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR