İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin Azərbaycandakı nümayəndəsi Dağlıq Qarabağ haqqında: “Yalnız sülh yolu gərginliyi aradan qaldıra bilər”

815 10.05.2019 12:46 Gündəm A A

Xəbər verdiyimiz kimi bu gün Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçirilib.

Tədbirdə Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu, dövlətimizin qurulması və möhkəmlənməsindəki xidmətlərini, eləcə də ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini qeyd edib. H.Bağırov konfransın həsr olunduğu sahənin problemlərinin dünyanın nüfuzlu tədqiqatçılarının iştirakı ilə müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Universitetin rektoru, professor Andris Leitas qeyd edib ki, dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı və hazırda da inkişaf edən turizm sektoru təsir edir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir.

Konfransın məqsədi bu problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri və digər bu problemin həlli ilə maraqlanan mütəxəssislərin müzakirələrini təşkil etməkdir.

Beynəlxalq Dağçılıq və Alpinizm Federasiyasının vitse-prezidenti Mişel Mansuel çıxış edərək dünyada dağların böyük əhəmiyyətindən danışıb:

“Dağlar dünyanın 22 faizini təşkil edir. Bir qədər öncə məlum oldu ki, Himalay dağlarının ərazisi daha çox müxtəlif bioloji orqanların olduğu yer hesab edilib. Beləliklə, dünyada dağların böyük əhəmiyyəti var. Bildiyiniz kimi dağlar bütün dünyanı sağlam su töhfə edir. Təxminən dünyadakı sağlam suyun 60-80 faizi dağlardan gəlir. Həmçinin dünyadakı dəniz və göllərin suyunu dağlar təmin edir. Lakin son vaxtlarda dağlıq ərazilərin qorunma ması, biganə yanaşılması, iqlim dəyişikliyi nəticəsində suyun keyfiyyəti aşağı düşüb. Bu səbəbdən ciddi tədbirlər görülməlidir.

Son zamanlarda dağlar həmçinin turistlərin də diqqətini daha çox cəlb etməyə başlayıb. Hər il Dağ 15-20 min insan dağlara çıxır.

İnsanlar insan ayağı dəyməyən yerləri getməyi sevir. Bununla da dağ turizmi geniş inkişaf etməyə başlayıb.

Bir daha qeyd edim ki, dağları qorumalı, ərazilərinin çirklənməsinin qarşısını almalıyıq.

2015-ci ildə “Dağlara hörmət” proqramı həyata keçirməyə başlamışıq. 2017-ci ildə isə layihəmiz əsasında çoxlu sayda könüllülər dağlıq ərazilərdən 7 min ton zibil toplayıb”.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı üzrə nümayəndəsi Rozalaura Romeo isə diqqəti daha çox dağ icmalarına yönəldib. O, qeyd edib ki, dağ icmalarının gücü inkişaf etdirilməsi, dağlar tərk edilə bilər:

“Həmçinin bir az öncə qeyd edildiyi kimi, ciddi tədbirlər həyata keçirməsək sağlam suyun keyfiyyəti aşağı düşə bilər. Biz dağları təkcə dağlar üçün deyil, bəşəriyyət üçün qorumalıyıq.

Bu gün dağlıq ərazilərdə yaşayan hər 3 insandan biri ərzaq çatışmamazlığından əziyyət çəkir. Biz çalışırıq ki, həmin insanların səsini dünyaya çatdıraq”. Daha sonra tədbir iştirakçılarından biri Rozalaura Romeoya “Azərbaycan öz nəzarəti altında olan dağları, dağlıq əraziləri kifayət qədər qoruya bilir. Lakin Azərbaycan işğal olunmuş ərazilərindəki dağlara, onun qorunmasına nəzarət edə bilmir. Bu istiqamətdə beynəlxalq təşkilatlar nə kimi tədbir görə bilər?” sualını ünvanlayıb. BMT nümayəndəsi sualı bu cür cavanlandırıb:

“Əgər konflikt varsa, bu cür ekoloji gərginlik də olacaq. Yalnız sülh yolu bu gərginliyi, eyni zamanda dağların mühafizəsi istiqamətindəki problemləri aradan qaldıra bilər. Problemlərin həlli üçün tərəflərin səyi tələb olunur”.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai isə Musavat.com-un müxbirinə açıqlamasında Qərbi Kaspi Universitetində keçirilən tədbirin əhəmiyyətindən söz açıb:

“Bu tədbir çox böyük əhəmiyyətə malikdir. Tədbir çərçivəsində dünyadakı tədqiqatçılar, alimlər, tələbələr, dağçılıq həvəskarları bir araya gəlib. Bu tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, meşələr, dənizlər, çaylara nisbətdə dağlar haqqında az danışılır və biz diqqəti dağlara da yönəlməsinə çalışırıq. Çox sevindirici haldır ki, Azərbaycan bu mövzuya yer ayırır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR