İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: "Jurnalistlərə qarşı törədilən cinayətlərin 90 faizinin üstü açılmır"

758 02.11.2014 12:59 Media A A
u gün BMT-də ilk dəfə olaraq Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması günü qeyd olunacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT-nin Jurnalistlərin Mühafizəsi Komitəsinin məlumatına əsasən, 2004-2013-cü illərdə azı 370 jurnalist qətlə yetirilib. Onların ölümü bu və ya digər mənada peşə fəaliyyətləri ilə bağlı olub. Bu qətllərdən 333-ün üstü hələ də açılmayıb.   
 
Jurnalistlərin Mühafizəsi Komitəsi, xüsusən, Ukraynada çalışan jurnalistlərin taleyinə də diqqət yetirib: “İlin əvvəlindən, ölkədə böhran başlayandan 7 jurnalist və KİV nümayəndəsi ölüb”, deyə Komitənin əməkdaşı  Müzəffər Süleymanov bildirib.   
 
Qeyd edək ki, Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması gününün  hər il noyabrın 2-də qeyd olunması ötən il BMT Baş Assambleyasını tərəfindən qərara alınıb. Bu tarix keçən il Malidə iki fransalı jurnalistin öldürüldüyü günə təsadüf edir.  


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR