İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Fransanı insan hüquqlarını pozmaqda günahlandırıb

355 15.04.2019 20:30 Dünya A A

"Fransa əhalinin mənzil təminatı hüquqlarını pozur".

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, bunu BMT-nin xüsusi məruzəçisi Leilani Farha Fransaya ongünlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fransada yaşayış yeri olmayan vətəndaşlar sığınacaq xidmətlərinə yaxın düşə bilmirlər: "Mən "115 Zəng Xidməti"nə zəng vurdum. Mənə yalnız iki saatdan sonra cavab verildi".

BMT-nin xüsusi məruzəçisi bildirib ki, Fransada mənzillə bağlı tətbiq edilən formalar beynəlxalq hüquq normalarına tamamilə ziddir.

Xatırladaq ki, Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitututun (İNSEE) son məlumatına əsasən ölkədə 140 min evsiz insan var. Onlardan da 12 min nəfəri küçələrdə sərgərdan həyat tərzi yaşayır. Bu il fevralın 7-fə təkcə Paris şəhərində 3 622 insan küçələrdə, parkinqlərdə, parklarda gecələyib. Bu da ötən illə müqayisədə 600 nəfər çoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR