İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən Ukrayna münaqişəsi ilə bağlı növbəti hesabat - Ölənlərin sayı açıqlandı

930 08.09.2014 16:26 Son xəbər A A
BMT Ukraynanın şərqində davam edən münaqişə ilə bağlı növbəti hesabat yayıb. 

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, artıq ölənlərin sayı 3 mini keçdiyi bildirilib.

BMT baş vermiş hadisələrdən narahatlığını bildirərək, son günlər davam edən intensiv əməliyyatlarda dinc sakinlərin daha çox öldüyünü bildirib.

Qeyd edək ki, BMT iki həftə bundan öncə yaydığı hesabatda ölənlərin sayının 2400 olduğunu bildirib.

Ukrayna mətbuatı qurumun bu hesabatına münasibət bildlrərək qeyd edib ki, hesabatda rəsmi rəqəmlər yayımlanıb.

Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur. Hazırda yüzlərlə ukraynalı hərbiçi və dinc sakin itkin düşüb, onlar haqda informasiya almaq hələ ki, mümkün olmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR