İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Britaniyanı Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib

248 02.11.2019 05:05 Son xəbər A A

BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Nils Melser Böyük Britaniyanı "WikiLeaks"in banisi Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

O, əlavə edib ki, Assanj məxfi sənədlərin nəşri üçün son dərəcə yüksək qiymət ödəyib.

"Mənim fikrimcə, bu iş Assancın təqsiri və ya təqsirsizliyi ilə heç cür bağlı deyil. Onu təxmini hərbi cinayətlər və korrupsiya hadisələri də daxil olmaqla, hakimiyyət tərəfindən ciddi pozuntuların elan edilməsi üçün yüksək qiymət ödəməyə məcbur ediblər", - deyə o bildirib.

Melser həmçinin Assanjın sağlamlığının pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. BMT rəsmisi bildirib ki, onun həyatı təhlükə altındadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR