İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş katibinin keçmiş müavini: Ermənistan diasporla münasibətləri pozur

582 21.06.2024 04:33 Dünya A A

İrəvan hakimiyyət erməni diasporu ilə münasibətləri pozur.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin keçmiş müavini Benon Sevan Ermənistanın Kiprdəki səfiri Tiqran Mkrtçyanın Nikosiya Universitetində “The Foreign Policy Challenges of Armenia” ("Ermənistanın xarici siyasət çağırışları") seminarında təqdimatını şərh edərkən bildirib.

"Onlar ölkəni və erməni diasporunun Ermənistanla münasibətlərini məhv edirlər", - kiprli Benon Sevan deyib.

O qeyd edib ki, Rusiyada Ermənistanda olduğundan çox erməni yaşayır və işləyir və onlar tarixi vətənlərinin inkişafına olduqca əhəmiyyətli maliyyə töhfələri verirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR